SİYASƏT


“Saber Junction - 19” təlimi başa çatıb

Bakı, 30 sentyabr, AZƏRTAC 

ABŞ Avropa Komandanlığı (EUCOM) tərəfindən Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər. Hərbçilərimizin peşəkarlığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Belə təlimlərin iştirakçı ölkələrin orduları arasında təcrübə mübadiləsi, əməliyyat uyarlılığının əldə edilməsi, bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsi baxımından çox mühüm olduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.