İDMAN


Sabiq Formula 1 pilotu Enrike Bernoldi Azərbaycan Qran-Prisində stüard kimi debüt edəcək

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 4-6-da Bakı şəhər halqasında keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü stüardı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu vəzifəyə Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilk dəfə Enrike Bernoldini dəvət edib.

Sabiq Formula 1 pilotu, “Champ Car”, “Indycar” və “WEC” yürüşlərinin iştirakçısı olan E.Bernoldi ilə yanaşı, mübahisəli məqamları Almaniyanın DMSB Assosiasiyasının doktoru Herd Ennzer və alman stüard hazırlama proqramının kuratoru, Formula 3, Formula 2 və Formula E yürüşlərinin stüardı Akim Lot qiymətləndirəcəklər.

Yerli stüard isə Azərbaycan Avtomobil Federasiyasını təmsil edən Anar Şükürov olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.