DÜNYA


Sabiq erməni nazir: Qoşunların sərhəd ərazilərdən çıxarılması ilə bağlı qərar Ermənistan üçün gözlənilməz zərbə və riskdir

Bakı, 17 yanvar, AZƏRTAC

Heç kim demir ki, biz sülhə can atmırıq. Heç kim demir ki, qonşularımızla sərhədləri dəqiqləşdirməyək. Qonşu respublika münaqişə tərəfinə çevrilməməlidir. İlkin şərt sülh üçün lazımi şəraitin yaradılması, bu çərçivədə delimitasiya və demarkasiyanın aparılmasıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin bugünkü iclasında müxalifətdəki Hayastan fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan ölkəsinin Azərbaycanla sərhədlərindəki vəziyyətin iclasın gündəliyinə salınması ilə əlaqədar növbəti çağırışında bildirib.

Sabiq müdafiə naziri, həmçinin qeyd edib ki, ölkə rəhbərliyinin qoşunların sərhəd ərazilərdən çıxarılması ilə bağlı qərarı Ermənistan üçün gözlənilməz zərbə və riskdir.

Bu məsələ ilə bağlı məlumat yayan “pasdinfo.am” saytı Ermənistan parlamentinin sədr müavini Hakob Arşakyanın buna cavabının gecikmədiyini bildirib. “Qeyd edilib ki, Hakob Arşakyan bunun Ermənistanın, eləcə də erməni xalqının mənafeyinə uyğun olduğunu vurğulayıb.

Sədr müavini, həmçinin Ermənistan müxalifətinin Türkiyə ilə vəziyyətin normallaşdırılması ilə bağlı mövqeyinin “anlaşılmaz” olduğunu qeyd edərək deyib: “Müstəqilliyin bərqərar olduğu gündən, Türkiyə Ermənistanla sərhədləri bağlayandan bəri ölkəmizin mövqeyi həmişə ondan ibarət olub ki, biz ilkin şərt olmadan münasibətlərin qurulmasının, sərhədlərin açılmasının tərəfdarıyıq. Bu məntiq dəyişməyib, Ermənistan hakimiyyəti hələ də o mövqedən çıxış edir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.