ELM VƏ TƏHSİL


Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat

Bakı, 16 fevral, AZƏRTAC

Filologiya elmləri doktoru, professor Salidə Şərifovanın “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi” monoqrafiyası nəşr edilib.

AZƏRTAC xəbər verir ki, monoqrafiyada Sabir Rüstəmxanlının elmi tədqiqatlarının, publisistikasının, bədii yaradıcılığının janr problemləri tədqiq edilib. Eyni zamanda, monoqrafik tədqiqatda şairin yaradıcılığında müxtəlif ideyaların tədqiqinə, ideoloji və mənəvi problemlərin açıqlanmasına da yer verilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitab elm adamları, ali və orta məktəb müəllimləri, ədəbiyyatşünaslar, kulturoloqlar, eləcə də Sabir Rüstəmxanlı yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.