Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sabir Rüstəmxanlının səfər təəssüratı: Şuşada üç xoşbəxt gün

Bakı, 13 sentyabr, AZƏRTAC

Azad olunmuş Şuşada keçirilən unudulmaz “Xarıbülbül” festivalından sonra ədəbiyyat və mədəniyyət xadimlərinin intizarla gözlədikləri ikinci önəmli şölən Vaqif Poeziya Günləri idi. İşğal illərində Şuşaya gedib-gəlmək imkanı olan hər kəsə verdiyim suallardan biri Vaqifin məqbərəsi haqqındaydı. Erməni vəhşiləri bu əzəmətli abidəni də dağıdıblarmı? Sözsüz dağıdıblar. Gücləri çatan qədər. İmkanları olsa nəinki məqbərəni, Şuşanın bütün evlərini, Azərbaycanla bağlı olan hər şeyi yer üzündən silib-süpürər, məhv edərdilər. Nəzərə almırdılar ki, elə şeylər var ki, onu nə texnika ilə, nə silahla, nə atılan bombalarla silmək, dağıtmaq, məhv etmək mümkün deyil. Bu, Azərbaycan ruhudur! Şuşa da bu ruhun ən möhtəşəm abidələrindən biridir.

Bu fikirlər Vaqif Poeziya Günlərinin iştirakçısı, Xalq şairi Sabir Rüstəmxanlının “Şuşada üç xoşbəxt gün” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İşğalçılar Vaqifin məqbərəsini də, Şuşada bir çox söz, sənət, silah qəhrəmanlarımızın beşiyi olmuş evləri də dağıdıblar. Şuşaya gedən Əsgəran-Xocalı-Xankəndi yolunu da həmişəlik bağladıqlarını düşünüblər. Bizim bir daha Şuşaya qayıtmayacağımıza sərsəm bir inamları olub. Cıdır düzündə bayramlar keçiriblər, orda Ermənistanın baş naziri keflənmiş vəziyyətdə təlxək kimi atılıb-düşüb, hətta qondarma Arsaxın parlamentini Şuşaya köçürməyə hazırlaşıblar. Amma Azərbaycan ruhunun güc təcəssümü olan ordumuzu nəzərə almayıblar. Bu ordu onların düşündükləri və gözlədikləri yolların heç biri ilə gəlmədi. Aşılmaz dağları aşdı, keçilməz dərələri keçdi və çıxılmaz sərt qayalardan dırmaşıb girdi Şuşaya. Şuşanın yeni Zəfər yolunu açdı. Bu gün həmin yol Azərbaycanın ən rahat və ən mənzərəli yollarından biridir. Ermənilərin qurduqları xəyallar darmadağın oldu...

Vaqifin məqbərəsi yenidən bərpa edildi və bütün əzəməti ilə böyük söz və sənət adamlarımıza ucaldılmış abidələrin sırasında əvvəlki yerini tutdu. Azərbaycan ordusunun Şuşaya girişi elə bir ovqat yaratmışdı ki, heç bir şey gözə görünmürdü - nə viran qoyulmuş məhəllələr, nə dağıdılmış evlər, nə qurumuş bulaqlar, nə sınmış və susmuş minarələr, nə talan edilmiş muzeylər. Sanki bu halı ilə da Şuşa elə əvvəlki Şuşaydı. Havası, suyu ilə möcüzə olan Şuşa! Çünki biz qayıtmışdıq. Biz qayıtmışıqsa, əllərimizin və ağlımızın izi olan hər şey öncəkindən daha gözəl bərpa olunacaq, dirçələcək, yenilənəcəkdi. Bu günlərdə görüşünə getdiyimiz və qarşısında böyük şeir və sənət bayramı keçirtdiyimiz Vaqifin məqbərəsi kimi.

Avqustun 29-31-i arasında keçirilən Vaqif Poeziya Günlərinə biz bu ovqatla gedirdik. Amma keçdiyimiz yollar bizim əhvalımızdan xəbərsizdi, yenə də otuz il ərzində yaşadığımız faciələrin dəhşətini göstərir, torpağımızın və millətimizin sinəsinə vurulan ağır yaralar sızıldayır və fəryad qoparırdı. Füzuli ərazisindəki keçmiş təmas xəttindən keçəndə istər-istəməz “gör bu alçaqlar hara gəlib çıxıblar” deyə düşünürsən. Çaylar boyu dağıdılmış kəndlərin, talanmış evlərin diş-diş divarları yenə də insanın içini oyur. Amma bir təsəlli var ki, biz bu torpaqları xilas etmişik. Otuz ildən sonra olsa da, qayıtmışıq, əbədilik qayıtmışıq. Hələ bu torpaqların minalardan təmizlənməsi işi gedir. Amma artıq dirçəliş başlanıb. Füzuli şəhərinin yaxınlığında yeni beynəlxalq təyyarə meydanı dirçəlişin ən ciddi görüntülərindən biridir. Çaylar boyu bağ-bağatı məhv edə və özləri ilə apara bilməyiblər. Bir zamanlar yaşıllığı ilə göz oxşayan kəndlər indi qupquru səhraya dönüb. Bağlar düşmən gözündən yayınmaq üçün köhnə evlərin divarları arasına çəkilib. Evlərin içi balaca baxçalara dönüb.

Sonra Zəfər yolu başlanır; öncə vadilərlə uzanır, sonra sərt yamaclara dikəlir, gədiklərdən aşır, dərələrdən keçir, sıx meşələrin sükutunu pozur və qarşımızda Azərbaycan təbiətinin təkrarsız görüntüləri canlanır. Yol demək olar ki, tamamlanıb və atılan körpülərə, çapılan qayalara, kəsilən ağaclara baxanda Azərbaycan dövlətinin qısa müddətdə nə qədər böyük bir iş gördüyünə heyrətlənirsən. Bu yol uzandıqca heyrətin daha da artır. Ancaq yolun sonu Şuşadır və hamımız illər uzunu ürəyimizdə ən böyük ümidimiz kimi bəslədiymiz bu görüşə tələsirik. Dolamaların birində qəfildən göz önündə geniş bir vadi, meşəli yamaclar və vadinin o üzündə nəhəng bir qaya silsiləsi canlanır. İstər-istəməz dilimizdən bir nida qopur: ora Şuşadır! Amma hələ Şuşa görünmür. Şuşa bu qayaların ovcunda, əhatəsindədir. Elə burdan, uzaqdan baxanda da bu qaya silsiləsində gözümüz yollar axtarır; görəsən əsgərimiz haradan bir asan yer tapıb, bu qayalarla necə qalxıb. Ancaq qayalar sərtdir və bizim sualımıza cavab vermir.

Dolana-dolana Daşaltı kəndinə enirik. Sonra yenə dolana-dolana qayaların dibi ilə bir vaxt Laçından gəlib Xankəndinə gedən yola çıxırıq. İndi yol yarı bölünüb, ortasından məftil çəkilib; yarısı Laçın dəhlizidir, yarısı Zəfər yolunun davamı, Şuşaya giriş yolu. Bu görüşün bütün həyəcanını təsəvvür etmək mümkün deyil. Maşın karvanımız Xarıbülbül otelinin həyətində dayanır. Heydər Əliyev Fondunun əməkdaşları və otel işçilər gələn böyük heyəti qısa müddətdə otellərdə yerləşdirirlər. Bundan sonra hər kəs sərbəstdir. Şuşanın hansı səmtinə getmək istəyir getsin, gəzsin. Məni və dostlarımı ilk növbədə Vaqifin məqbərəsinin bugünkü görünüşü maraqlandırır. Məqbərə son dərəcə səliqə ilə bərpa edilib, sabahkı bayram uçan bütün hazırlıq işləri başa çatıb. Məqbərənin yanından ötüb Cıdır düzünə qalxdıq və ilk addımdaca Cıdır düzünün yayın ortasında da əskik olmayan, insana bütün yol yorğunluğunu unutduran sərin əsintisi üzümüzə vurdu. Məni Cıdır düzündə gənclik illərimizdə Daşaltının sərt yamacında, qayanın üstünə həkk elədiyim adlar çəkirdi. Sıra-sıra qaya çıxıntılarının yaratdığı təbii pillələrlə enib, adamı çəkən uçurumun ağzına qədər gəldim. Ancaq hava qaralmaqda olduğundan adlarımız yazılmış qayanı seçib ayıra bilmədim. Ora doğru uzanan cığırla getmək də günün bu vaxtında mənə riskli göründü. Ayağımdakı ayaqqabı da buna uyğun deyildi. Həmin axşamın bütün həyəcanı, bütün sevinci, söhbətlərin ruhu sonrakı günlərdə də davam etdi...

Ertəsi gün yenə ilk növbədə COVID müayinəsindən keçdikdən sonra Vaqif Poeziya Günlərinin rəsmi açılışına getdik. Şeir bayramına şairlərdən əlavə, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri, elm adamları və millət vəkilləri də dəvət edilmişdilər. Buna görə də Vaqif Poeziya Günləri əslində humanitar elmimizin və mədəniyyətimizin bayramına çevrilmişdi.

44 günlük Vətən müharibəsi müzəffər Ordumuzun qəhrəmanlıq səhifələri ilə doludur. Lakin bu savaşın ən çətin və müharibələr tarixində bənzəri az olan mərhələsi Şuşanın fəthi və 29 illik işğaldan azad edilməsi idi. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beşiklərindən biri olan, Qarabağın incisi sayılan bir şəhər düşmən əlində qala bilməzdi. Şuşanın azad edilməsinə hər birimiz əslində bütünlüklə Qarabağın azad edilməsi kimi baxırdıq. Buna görə də Azərbaycan Prezidentinin müharibədən sonra Şuşaya ilk səfərində “Əziz Şuşa, sən azadsan!” deməsi milyonlarla vətəndaşımızın ürəyindən tikan çıxarmışdı, bütün ölkəni ayağa qaldırmışdı və bir yumruğa çevirmişdi.

Şuşaya gələn tarixi yollara bəllidir. Lakin Prezident İlham Əliyev ordumuzun ardınca öz yolunu çəkdi – “Zəfər yolu”. Bu yolun keçilməz sayıldığı daşlı-palçıqlı günlərində, bu il yanvarın 14-də, Vaqifin məqbərəsinin açılışının 39-cu ildönümündə də gəldi, məqbərənin bərpası tapşırığını verdi və il boyu bu səfərlərin arası kəsilmədi.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlişi və Türkiyə ilə Azərbaycan arasında tarixi Şuşa Bəyannaməsinin imzalanması həm Qarabağın, həm də iki qardaş dövlətin tarixində çox böyük əhəmiyyəti olan hadisə idi. Şuşa səfərlərində ölkə rəhbərinin keçirdiyi qürur və sevinc hissləri, burada aparılan quruculuq işlərinə ayırdığı diqqət, Qarabağın başının üstündə səslənən Qarabağ şikəstəsinə gözləri dola-dola qulaq asması heç kəsin gözündən yayınmır və ölkə rəhbəri ilə xalqı birləşdirən amillərdən birinə çevrilir. Yaddaşımızda bu gün öz xanımını, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanı yanına alıb hələ minalardan tam təmizlənməmiş Qarabağ torpaqlarında rayondan-rayona gəzən, riskli dağ yollarında gənclik həvəsi və qalib Sərkərdə qüruru ilə maşın sürən İlham Əliyevin yeni bir obrazı formalaşır və millət ölkədəki, səbəbi hər kəsə bəlli olan işsizliyin, pandemiyanın gətirdiyi çətinliklərin bu obraza kölgə salmasını istəmir.

Şuşaya bu səfərində də Prezidentin iş qrafikində sıxlıq idi. Vaqifin məqbərəsinin açılışı ilə yanaşı o, Şuşanın bərpa planına uyğun “Qarabağ” otelinə, bir neçə muzeyə baş çəkdi, yeni yaşayış massivinin tikintisinə start verdi və nəhayət, Vaqif Poeziya Günlərinin açılışında həm tarixilik, həm də Azərbaycanın Ermənistanla münasibətlərinə yenidən bir aydınlıq gətirmək baxımından son dərəcə parlaq bir nitq söylədi. Bir vaxt Heydər Əliyevin inamla söylədiyi “biz Şuşaya qayıdcağıq” sözünü həyata keçirmək İlham Əliyevə qismət oldu; o, atasının vəsiyyətini yerinə yetirdi, atasının Qarabağ və Moskva ermənilərinin iradəsini qıraraq ucaltdığı Vaqif məqbərəsinin dağıdılmış bir vəziyyətdə qalmasına izn vermədi.

Mən poeziya bayramında həm də kədərlənirdim. Çünki 1982-ci il birinci Vaqif günlərindəki böyük ədəbi simaların, mədəniyyət xadimlərinin demək olar ki, heç biri həyatda yoxdur. O günlərin iştirakçısı olmuş cəmi üç nəfər azad olunmuş Şuşanın şeir bayramında iştirak edirdi. Bir çox qələm sahibinin ömrünü qısaldan həm də bir vaxtlar Qarabağın bir sıra dünya güclərinin yardımı ilə işğal edilməsi olmuşdu.

“Xarıbülbül” Festivalı kimi Vaqif Poeziya Günlərinin də təşkilatçısı Heydər Əliyev Fondudur və hansı yöndən baxırsan bax, ağır zəhmət tələb edən bu işlər yüksək qiymətləndirilməlidir. Fond məqbərənin tarixini, açılışını, oradakı eksponatları, müharibəyə qədərki və sonrakı görünüşünü əks etdirən “Vaqif Poeziya Günləri” adlı nəfis bir bülleten də çap etdirmişdi.

Şuşada üç xoşbəxt gün yaşadıq. Qısa müddətdə istifadəyə verilmiş otellərdəki rahatlıq, yenidən İsa bulağını ziyarət, hər axşam Cıdır düzündəki gəzintilərimiz uzun həsrətdən sonra insana inanılmaz görünür. Şuşanı nə qədər dağıdırlar dağıtsınlar, onun ürəyi otuz il əvvəlki kimi sağlamlıqla döyünmüş və əsl sahibini gözləmişdir. Əlbəttə, bir vaxt bağ-bağat içində gördüyümüz abad evlərin quru divarları adamın ürəyini dağıdır. Bu evlərin yaşamaq imkanı olanlarının bərpa ediləcəyinə inanırıq. Yeni Şuşa nə qədər gözəl layihə ilə tikilir-tikilsin, Vaqif, Ə.Haqverdiyev, Nəvvab, Sadıqcan, Əhməd Ağaoğlu və başqa böyüklərimizin xaraba qalmış yurdlarının izləri itirməməlidir.

İşğal etdikləri rayonlarımızda daşı daş üstə qoymayan, bizim taxıl əkdiyimiz, üzüm becərdiyimiz torpaqlara mina səpmiş, Şuşada özünü də Şuşa ucalığında hiss etmək xəstəliyinə tutulmuş alçaq düşmən şəhərin xaraba vəziyyətinə göz yumub İsa bulağında dəbdəbəli köşklər və şadlıq sarayı tikmişdir. Sanki Qarabağdan onlara kefli halda oxuyub-oynamaqdan başqa bir şey çatmayacağını əvvəlcədən bilirdilər. Bu gün Azərbaycan əsgəri onları bu yerlərdən süpürüb atıb. Min-min xatirəmizin bağlı olduğu bu yerlərdən onların murdar ayağı çəkildi. Şuşada səslənən şeirimiz və musiqimiz Xankəndinin yuxusunu qaçırıb. İnanırıq ki, düşmən oradan da çəkilib gedəcək.

Vaqif Poeziya Günlərindəki çıxışımda otuz ildə ədəbiyyatımızın da çox ağır sınaqdan keçdiyini qeyd etdim və dedim ki, Ali Baş Komandan müharibədəki qələbənin nəticəsi olaraq Azərbaycan söz ordusuna Vaqif məqbərəsini qaytardı. Şübhəsiz, qələm sahiblərimiz də ordumuza borclu qalmayacaq və müharibə haqqında ən gözəl əsərlər hələ bundan sonra yazılacaq. Sözü ilə silahı bir olan ölkə basılmaz!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb