Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sabir satiraları Azərbaycan ictimai-siyasi həyatının mənzərəsi kimi

Sabir satiraları Azərbaycan ictimai-siyasi həyatının mənzərəsi kimi

Bu gün Mirzə Ələkbər Sabirin anadan olmasından 161 il ötür

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirdir. Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır. Onu oxuculara sevdirən poeziyasındakı yüksək ümumbəşəri ideyalar uğrunda vuruşması, satirik yaradıcılığı, vətən və ümumxalq məhəbbətidir.

AZƏRTAC böyük satirik şairin doğum günü münasibətilə professor, ədəbiyyatşünas-tənqidçi Nizami Tağısoyun qələmə aldığı “Sabir satiraları Azərbaycan ictimai-siyasi həyatının mənzərəsi kimi” sərlövhəli yazısını təqdim edir.

30 may 1862-ci ildə dünyaya göz açmış Mirzə Ələkbər Sabir ilk poetik qələm təcrübəsinə 1903-cü ildə Tiflisdəki Azərbaycan dilində çıxan “Şərqi-Rus” qəzetində başlayıb. O, bundan 2 il sonra Bakıdakı “Həyat” qəzetində özünün ikinci “Beynəlmiləl” (“Müsəlman və erməni vətəndaşlarına”) şeir ilə XX əsrin ilk illərində nəşr olunan “Dəbistan”, “Zənbur”, “İrşad”, “Həqiqət” və s. kimi mətbu orqanlarında çıxışlar edib.

Yaradıcılığının daha məsuliyyətli və məhsuldar dövrü 1906 – 1911-ci illəri əhatə edir. Məhz həmin mərhələdə Sabir Azərbaycan ictimai-siyasi, mədəni-ədəbi, mənəvi-əxlaqi istiqamətlərində nəinki bu regionda, həm də Türkiyədə, İranda, Rusiyada, Qazaxıstanda, Türkmənistanda, Hindistanda, bir sözlə, dünyanın ən çeşidli regionlarında geniş oxunan “Molla Nəsrəddin” jurnalında imzası daha tez-tez görünən müəlliflərdən biri idi. “Molla Nəsrəddin” jurnalının ən oxunaqlı müəlliflərindən olan Sabiri ovaxtkı Sankt-Peterburqda, Kazanda, Astraxanda, Türkmənistanın Mərv, Özbəkistanın xeyli regionlarında, Qazaxıstanın Uralsk və digər şəhərlərində yetərincə mütaliə edirdilər. Tanınmış tatar şairi Qabdulla Tukay öz satirik-sarkastik qələmini Sabirdən əxz etdiyi bədii-poetik elementlərlə zənginləşdirirdi.

Sabir yaradıcılığının ana xəttini Azərbaycan xalqının və dünya müsəlmanlarının mədəni-mənəvi azadlığı uğrunda apardığı mübarizə təşkil edirdi. O, bütün yaradıcı fəaliyyəti dövründə özünün satirik qələmini tərəqqiyə mane olmağı müsəlmanlıq kredosu hesab edən mövhumatçı fanatiklərə qarşı mübarizədə sınayırdı. Ruhanilər tərəfindən daim təqiblərə məruz qalsa da, Sabir bir an belə vicdan və məsləkindən sapınmamışdı.

Mollaxana təhsili ürəyincə olmayıb, orada ərəb və fars dillərinin köməyi ilə Sədi, Firdovsi, Xəyyam və başqa bu kimi mütərəqqi fikirli klassiklərin yaradıcılığı ilə tanış olmaq imkanları əldə etsə də, Sabirin bədii-estetik dünyagörüşünə yaddaqalan təsiri Seyid Əzim Şirvani məktəbi göstərmişdi. Burada Şərq klassik ənənələrinə yiyələnməsi ilə bərabər, o, Azərbaycan poetik ənənəsinə söykənməklə qələmini həm də milli satira səmtinə yönəldərək janrı özünün novatorluq məharəti ilə zənginləşdirib.

Sabirin müasirlərinin xatirələrindən bu böyük Azərbaycan sevgisi və məhəbbəti ilə yaşayan insanın zahiri portreti və daxili aləmi görünməkdədir. Bədən və cismani baxımından o qədər boy-buxunlu olmasa da, onun qara gözlərində dərin kədər göründüyü qənaətlərinə gəlmək olar. Zahiri baxımdan cəlbediciliyi ilə fərqlənməsə də, onun mənəvi dünyası, təvazökarlığı, məqsədə doğru irəliləyişi və zəhmətsevərliyi də nəzərləri cəlb edirdi. Lakin sadaladığımız bu keyfiyyətlərin hamısının fövqündə bu böyük insanın dərin düşüncəsi yumor hissi ilə daha çox ön plana çıxmış keyfiyyətlərdəndir.

Əsərlərinin əksəriyyətində Sabir yaşadığı dövrdə görüb, tanıyıb danışdırdığı tiplərin elə uğurlu ironik-sarkastik obrazını yaratmağı bacarıb ki, onların portretinə sanki yeni bir tutarlı ştrix əlavə etmək də mümkün deyildir.

Sabir əsərlərinin əksəriyyətində xalqın dilindən, onun mövqeyindən danışmağa daha çox üstünlük verirdi. Odur ki, dialoji nitqin deyim imkanlarından yararlanaraq Sabir elə ifadə tərzi, ibarə, elə izah və mükalimələrə yer verir ki, bu əsərlər öz konstruktivliyi, ünsiyyətdə modallığı, emosional tonallığı, harmoniyası, verbal ifadəliyi obrazlılığın formalaşmasında, informasiyanın oxucuya ötürülməsində mühüm vasitəyə çevrilirdi.

Sabir xalqın maariflənməsində və geniş biliklərə yiyələnməsində adları çəkilən mətbu orqanlarının rolunu yüksək dəyərləndirirdi. Odur ki, “Dəbistan”ın qapanmasını, “Ülfət”in toxtamasını, “Kəlniyyət”in məhv olması ilə ədəb-ərkanın bağlamasını, “Rəhbər”in yorulmasını, “İrşad”la “Təkamül”ün yoxlamasını ürək ağrısı ilə qələmə alırdı. Qeyd edək ki, “Dəbistan”, “Ülfət”, “Kəlniyyət”, “Rəhbər”, “İrşad” və “Təkamül”lə yanaşı, XX əsrin əvvəllərində Azərbaycanda “Molla Nəsrəddin”, “Füyuzat”, “Bəhlul”, “Zənbur”, “Leylək”, “Tuti” və digər bu kimi mətbuat nümunələri xalqın milli şüurunun və yeni təfəkkürünün formalaşmasında bu əyləndirici, maarifləndirici və satirik orqanlar son dərəcə böyük əhəmiyyətə malik idi. Odur ki, onların nəşri də daim basqılarla müşayiət olunurdu.

Sabirin poetik orkestri son dərəcə çoxsəsli və çeşidli idi. Onun bədii-poetik mətnlərində yer almış qeyri-düz xətli fikrin təşkili, şeirlərinin kompozisiya-struktur xüsusiyyətlərinə nəzər saldıqda görürük ki, özünün son dərəcə zəngin səs orkestri, maraqlı fonetikası, yazı üslubunda bəzi disharmoniyalar nəzərə çarpsa da, bütün bunlar Sabir yaradıcılığının ən mühüm orijinal göstəricisi kimi diqqəti cəlb etməkdədir.

Sabirin “Sual-cavab”ında biz qeyd etdiklərimizin daha görümlü şahidi oluruq:

- Görmə!- Baş üstə, yumaram gözlərim.

- Dinmə!- Mütiəm, kəsərəm sözlərim.

- Bir söz eşitmə! - Qulağım bağlaram.

- Gülmə! - Pəkey, şamu - səhər ağlaram.

- Qanma! - Bacarmam! Məni məzur tut,

Böyləcə təklifi - məlalı unut!

Qabili- imkanmı olur qanmamaq?

Məcməri - nar icrə olub yanmamaq?

Eylə xəmuş atəşi - suzanını,

Qıl məni asudə, həm öz canını!

Sabirin satiraları, həm ondan əvvəl yazıb-yaradanlar, həm də sonra yazanlardan fərqli və görümlü bir modifikasiya və məzmunda təqdim olunmaqdadır.

Təyyar Salamoğlunun son dövrlərdə nəşr etdirdiyi “Azərbaycan ədəbiyyatı: mübahisələr, həqiqətlər” kitabında qeyd etdiyi belə bir mövqe ilə həmrəyik ki, “Sabirin satirik gülüşü sovet dövründə əvvəlki ədəbiyyatşünaslıqda” “göz yaşı içində gülüş” kimi xarakterizə edilmişdir”.

Fikrimizcə, Sabir satirasının ən mühüm cəhəti onun müasirliyindədir. Bu müasirlik ictimai-iqtisadi-mədəni formasiyalar dəyişsə də, bundan sonra da öz əhəmiyyətini itirməyəcək. Çünki Sabirin ədalətsizliyə, avamlığa, konservativ ruhanilərə istiqamətlənən və ona misli görünməmiş populyarlıq gətirən poeziyası nə qədər hücumlara, təqiblərə, təhqirlərə məruz qalsa da, onu haqq yolundan çəkindirməyib. Sabir satiralarının realizmi dəlici, üzücü, öldürücüdür. O, ədəbiyyata ənənəçi kimi daxil olsa da, yaradıcılıq prosesində həmin dairənin içində qapanıb qalmadı. Onun satirik təsviri realizmi, ifşaediciliyi, dəliciliyi ilə nəinki milli hədlər daxilində, statik nümunə kimi nəzərdə qaçırıldı, əksinə beynəlmiləl arenada onu daha çox məşhurlaşdırdı.

Qədim Romadan yola çıxıb, Fransada Rable, Bualo, Volter, Kurye, Beranje, Barbye, Hüqo; İngiltərədə Svift; Almaniyada Brandt, Heyne; İtaliyada Ariosto, Qotsi, Algiyeri; İspaniyada Servantes; rus ədəbiyyatında A.Kantemir, A.Sumarokov, İ.Krılov, A.Qriboyedov, V.V.Mayakovski, M.Bulqakov, M.Zoşşenko, İ.İlf və Y.Petrov və başqalarının yaradıcılığından geri qalmayan Sabir satiraları özünün aktuallığını bu gün də qoruyub yaşatmaqdadır. Sabir yaradıcılığında az qala satiranın əksər çeşidli janrları – invektiva, parodiya, pamflet, epiqram, karikatura, təmsil və s. uğurla istifadə edilib.

Qeyd edək ki, 1962-ci ildə Sabirin anadan olmasının 100 illiyinə həsr olunmuş seçilmiş satiraları rus dilinə tərcümə olunaraq Moskvadakı “Bədii ədəbiyyat” nəşriyyatında Ümumittifaq oxucuna təqdim olunub ki, burada mütərcim Lev Penkovskinin kitaba yazdığı “Ön sözü”ndə o, Sabiri “Azərbaycan Yuvenalı” adlandırmaqla onun satirik qələminin nə qədər kəsərli olduğunu göstərib. L.Penkovski yazır: “Vaxtı ilə məşhur romalı satirik Yuvenal antik Roma üçün hansı rolu oynamışdırsa, Sabir də Azərbaycan xalqı üçün həmin rolu oynamışdır. Bu əsərlər Azərbaycan Yuvenalı Sabirin seçilmiş satiraları olub, həm də rus mütərcim-şairlərinin onun yüzillik xatirəsinə həsr etdikləri kitabdır.

Sabir satiriklik ideallarına daim sadiq qalıb. Bənzərsiz poetik düşüncə sahibi olan Sabir nəinki milli poetik fikrində, həm də dünya çapında qəbul edilmiş şəxsiyyətlərdəndir. Sabir yaradıcılığının tanınmış tədqiqatçısı X.B.Brands özünün “Azərbaycan satirik poeziyası” araşdırmasında onun vətənpərvərlik motivlərinin güclü olduğunu qeyd etməklə Sabiri Hüqo, Berns, Beranje və Şedrinlə müqayisə edib.

Odur ki, akademik Mirzə İbrahimovun yazdığı kimi, “Sabirin əsərləri o qədər duzlu, o qədər orijinal və o qədər mənalıdır ki, onları ancaq böyük istedad yarada bilərdi... “Molla Nəsrəddin” olmasa idi, Molla Nəsrəddin məktəbi olmasaydı, Sabir satirası qədər kamil şəkildə yarana bilməzdi”.

Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndələrindən olan dəyərli elmi-publisistik əsərlər müəllifi Əbdülvahab Yurdsevər “Sabirin Azərbaycan ədəbiyyatındakı yeri” adlı monoqrafik araşdırmasında mədəniyyətimizdə mövqeyini müəyyənləşdirməyə çalışarkən ona bir küll halında yanaşmaqla siyasi-sosial görüşləri, sənətlə bağlı görüşləri, fəlsəfi düşüncələri kontekstində incələyib, bəzi özəlliklərinə nəzər yetirərkən məhz onun Avropa ədəbiyyatında “epiqramma” adını alan nəzm tərzini “qırmanc” və “taziyanə” adı altında Azərbaycan ədəbiyyatına ilk dəfə gətirənin Sabir olduğunu göstərib.

Çağdaş mərhələdə bəzi ədəbiyyat və mədəniyyət xadimləri satiranın insanlar tərəfindən o qədər də yaxşı qəbul edilmədiyini təkrarlayıb satira və yumor hissinin itdiyini söyləsələr də, biz belə yanaşmanın həqiqəti əks etdirmədiyində israrlıyıq. Hesab edirik ki, müasir dövrdə Sabir satiraları nəinki öz aktuallığını itirir, əksinə onlar mövzu, problem, obraz və ideya, ictimai-siyasi hadisələrə münasibət sərgiləmək baxımından öz təravətini itirməyən nümunələr kimi çağdaş mərhələdə dəyərini qoruyub saxlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Türkiyə Superliqası: “Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib

Xabir Xabubillin: Azərbaycanda kəmər güləşi üzrə Avropa çempionatının yüksək səviyyədə keçiriləcəyinə inanıram

Yeni tarixi mərhələ: Naxçıvan reallıqları və çağırışlar

Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Elnur Məmmədov: Ölkə rəhbərliyi Azərbaycanda milli idman növlərinin inkişafına xüsusi diqqət yetirir

Prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib

Bakıda kəmər güləşi üzrə III Avropa çempionatı ilə əlaqədar görüş keçirilib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib

Güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi evləri su basıb

Milli Məclisin sədr müavini Adil Əliyev: Böyük Qayıdış Proqramı uğurla icra edilir

ADY: Dəllər stansiyasında sərnişindaşıma bərpa olundu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı VİDEO

Çində “Qızıl həftə”də 900 milyona yaxın səfər gözlənilir

Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM müəllimləri üçün seminar keçirilib

Komitə sədri: Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarını artıracaq

Murtuza Bülbül: Azərbaycan musiqisinin bütün dünyada səslənməsi mənim üçün qürurvericidir

Yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacaq

® “SAB” qanvermə aksiyası keçirib

Animatorların İnkişaf Proqramına qəbul başlayıb

II Azərbaycan Milli Şəhərsalma Forumu işini yekunlaşdırdı

® Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində fəaliyyətdədir

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb

Dominik Tilmans: Kosmos bizə müxtəlif sahələrdə monitorinqlər aparmağa imkan verir

® “Nar” şəbəkəsi Xankəndi şəhərində

Xankəndidə tibbi işin təşkili ilə bağlı tədbirlər görülür VİDEO

Şirvanda şəhid Asif Qəribovun xatirəsi anılıb

Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Baş prokuror: Ermənistanın kütləvi məzarlıqlarla bağı verdiyi məlumatlar dəqiq olmur

İlqar İsbatov: Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Azərbaycan dövləti İrpendə poliklinikanın təmirini öz üzərinə götürüb

”Smer” Slovakiyada keçirilən parlament seçkilərində qalib gəlib

2-ci Milli Şəhərsalma Forumu çərçivəsində TDT-yə üzv ölkələrin nazirlərinin dəyirmi masası təşkil edilib

Yeni işğaldan azad edilmiş ərazilərdə gələcəkdə prokurorluq binalarının inşası təmin ediləcək

“Baykar” Ukraynaya 100 milyon dollar həcmində sərmayə qoyur

Fuad Aslanov: Azərbaycan kosmos sahəsində qlobal miqyasda bir sıra mühüm təşəbbüslərlə çıxış edir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Türkiyə DİN-in Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub, iki nəfər yaralanıb YENİLƏNİB VİDEO

Şəhid olan hərbi qulluqçumuz Qusarda dəfn edilib

® Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub

Müasir şəhərlərdə miqrasiyanın idarə olunması əsas məsələlərdən biridir

Kamran Əliyev: Lokal antiterror tədbirlərindən sonra Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib VİDEO

Orqanizmin vərdiş etdiyi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər

Ahmet Yozgatlıgil: Biz gələcək nəsillərə daha sabit bir dünya qoyub getməyə borcluyuq

Yardımlıda avtomobildən külli miqdarda narkotik vasitə aşkarlanıb

TÜRKSOY-un Baş katibi: TDT-nin üzvləri kosmos sahəsində birgə əməkdaşlığa böyük əhəmiyyət verir

IAF-ın sabiq prezidenti: Biz yeni kosmos erasına daxil oluruq

Oktyabrın 1-i Beynəlxalq Vegetarian Günüdür

IAF-ın prezidenti: Kosmos insanlar, xüsusilə gənclərimiz üçün maraq doğuran sahədir

Xüsusi müşavir: Kosmos bir çox mühüm məsələlərin həllində açar rolunu oynayır

Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi əlamətdar hadisədir

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb VİDEO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Bakıda soyuducu təmir sexində yanğın olub

Bu gün Beynəlxalq Ahıllar Günüdür

Dünyanın müxtəlif ölkələrindən Türkiyə məzunları Bakıda görüşüblər

Azərbaycan antiterror tədbirləri ilə ikinci dəfə hərb tarixinə öz adını yazdırdı- AÇIQLAMA

Bu gün DİM xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir

Bu gündən taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər qüvvəyə minir

Ankara Dövlət Polifonik Xor kollektivi Cümhuriyyətin 100 illiyinə xüsusi əsərlər ifa edəcək

Türkiyədə bələdiyyə seçkiləri gələn ilin martında keçiriləcək

Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Yunanıstan ilə Türkiyə arasında körpünün tikintisinə 2024-cü ildə başlanacaq

Cari ilin sonunadək Kahramanmaraşda 9 mindən çox evin zəlzələdən zərərçəkənlərə verilməsi gözlənilir

Oktyabrın 1-dən taksiylə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib

Slovakiyada keçirilən növbədənkənar parlament seçkilərində liberal Proqressiv Slovakiya partiyası liderdir

Ukraynanın üç bölgəsində hava hücumu xəbərdarlığı elan edilib

Dağıstanın Xutrax kəndində güclü yanğın nəticəsində səkkiz ev yararsız hala düşüb

Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

İsmayıllıda 65 yaşlı kişinin öldürülməsi ilə bağlı cinayət işi açılıb

Ağsuda 3 otaqlı ev yanıb

"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar

Əsl hünər qurmaq, tikmək, yaratmaqdır – Deputat

Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb

Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilir VİDEO

İtaliyada 177 nəfərin olduğu gəmi-bərəsində yanğın baş verib

Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib

İsmayıllıda adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub

Azərbaycanın hərbi qulluqçusunun şəhid olması faktı ilə bağlı cinayət işi başlanılıb

Kuklaçılar Gəncədə

Bakı Beynəlxalq Astronavtika Konqresi keçiriləcəyi məkanlara mediatur təşkil olunub

Bolqarıstanda energetiklərin və mədənçilərin etirazları yollarda hərəkəti çətinləşdirib

Müraciətlərin bir portal vasitəsilə qəbulu erməniəsilli sakinlərimizin qeydiyyatına kömək edəcək - ŞƏRH

Ürək-damar cərrahı: Kəskin mədə ağrıları miokard infarktının da əlaməti ola bilər

Qars-Naxçıvan dəmir yolu region dövlətləri üçün də faydalı olacaq ŞƏRH

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub VİDEO

XİN erməni radikal qruplaşmalarının ABŞ-da təşkil olunan konfransın iştirakçılarına qarşı hücumunu pisləyib

Premyer Liqa: “Neftçi” səfərdə “Turan Tovuz”a qalib gəlib

“Qarabağ” azarkeşlərinə “Hekken”lə oyun üçün 1800 bilet ayrılıb

Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq

Sumqayıt çimərliyinin 3 hektardan artıq sahil zolağı tullantılardan təmizlənib

Bu gün Bakının 547 küçəsi yuyulub

Oktyabrın birinci ongünlüyünün ilk yarısında hava qeyri-sabit olacaq

Mingəçevirdə tanışını ehtiyatsızlıqdan öldürməkdə şübhəli bilinən şəxs tutulub