İQTİSADİYYAT


“Sabirabad” Elektrik Şəbəkəsi Müəssisəsi üzrə istehlak artıb

Bakı, 11 sentyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin iyun ayında “Sabirabad” Elektrik Şəbəkəsi Müəssisəsində 19,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib və bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 663 min kilovat-saat çoxdur. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 9,4 milyon kilovat-saata yaxın olub. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə istehlak 413 min kilovat-saata yaxın artıb. Ötən 7 ayda isə müəssisə üzrə istehlak, təxminən 146,4 milyon kilovat-saat təşkil edib. Ödənişdə isə 4 və 7 faiz artım qeydə alınıb.

Bu dövrdə müəssisə üzrə keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektində qayda pozuntusu faktı aşkar olunub və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunub. Müəssisənin balansına aid olan elektrik verilişi xətlərində və transformator məntəqələrində aparılan təmir bərpa işləri davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.