MƏDƏNİYYƏT
Sabirabad Rayon Mədəniyyət Mərkəzində “Nəsimi-650” adlı sərgi açılıb
Bakı, 12 fevral, AZƏRTAC
Sabirabad Rayon Mədəniyyət Mərkəzində “Nəsimi-650” adlı rəsm sərgisi açılıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hazırlanmış tədbirlər planına uyğun olaraq reallaşıb. Sərgidə mərkəzin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdləri tərəfinin Nəsimini təsvir edən rəsm əsərləri, şairin müxtəlif illərdə çap olunmuş qəzəlləri, habelə 1973-cü ildə nəşr olunmuş farsca divanı və görkəmli şairin həyat və yaradıcılığını işıqlandıran müxtəlif nümunələr sərgilənir.
Mərkəzdə, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə yubileyləri keçiriləcək ədiblərlə bağlı sərgi də təşkil olunub. Sərgidə Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, İsmayıl Şıxlının ayrı-ayrı illərdə çap olunmuş əsərləri və onların həyat və yaradıcılığına aid fotoşəkillər də yer alır.