CƏMİYYƏT


Sabirabad Rayon Polis Şöbəsində məcburi köçkün və aztəminatlı ailələrlə görüş keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC 

Sabirabad Rayon Polis Şöbəsində məcburi köçkün və aztəminatlı ailələrlə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Namiq Camalov şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin və aztəminatlı ailələrin problemlərinin həllinin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O, son illərdə dövlətimizin başçısının bu ailələrin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı bir sıra mühüm işlər gördüyünü bildirib.

Sonra N.Camalov yeni dərs ilinin başlaması ilə əlaqədar ailələrin məktəbə gedən övladlarını təbrik edib, azyaşlılara geyim, çanta, gündəlik dərs ləvazimatları hədiyyə edib, onların vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzulayıb.

Valideynlər DİN və Sabirabad Rayon Polis Şöbəsinin rəhbərliyinə onlara göstərdikləri diqqət və qayğıya, köməyə görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.