REGİONLAR
Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə bir qrup müəllim fəxri fərmanla təltif olunub
Sabirabad, 5 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəblərində çalışan müəllimlərin bir qismi ilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində görüş keçirilib.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib, gələcək nəslin mədəni inkişafı yolunda göstərdikləri fədakar işlərində onlara uğurlar arzulayıb.
Görüşdə çıxış edən müəllimlər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda müəllimlər 2021/2022-ci tədris ili üzrə şagirdlərinin musiqi sahəsi üzrə qəbul imtahanlarında uğur qazanması, həmçinin əlamətdar gün münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.