REGİONLAR


Sabirabad-Saatlı avtomobil yolunun kənarlarına minlərlə ağac əkilib

Sabirabad, 6 dekabr, Mahir Babayev, AZƏRTAC

Mütəşəkkil şair İmaməddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində dekabrın 6-da bütün bölgələrdə olduğu kimi, Sabirabadda da ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu genişmiqyaslı kampaniyaya sevinclə qoşulan yüzlərlə sabirabadlı səhər saatlarından ağacəkmə aksiyasında iştirak etmək üçün Sabirabad-Saatlı avtomobil yolu boyunca toplaşıblar.

Bayram əhval-ruhiyyəsi ilə keçirilən aksiyada 12 min nəfərdən çox sabirabadlı iştirak edib və minlərlə müxtəlif növ meyvə və bəzək ağacları əkib, suvarıb, tinglərin mühafizəsi üçün qoruyucu sədlər çəkiblər.

Dekabrın 6-da Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında və Şirvan şəhərində də ağacəkmə aksiyası keçirilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünün ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasında mühüm rolu olacaq. Bu təşəbbüs mütəxəssislər və ziyalılar tərəfindən Azərbaycan təbiətinin qorunması və ətraf mühitin mühafizəsi sahəsində böyük qayğı kimi dəyərləndirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.