CƏMİYYƏT


Sabirabad sakininin həyətindən kultivasiya yolu ilə yetişdirilən çətənə kolları götürülüb

Bakı, 14 aprel, AZƏRTAC

Sabirabad şəhər sakini R.Əliyevin evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əliyevin şəhər ərazisindəki evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.