CƏMİYYƏT


Sabirabad və Astara rayonlarında səyyar tibbi müayinələr aparılıb

Bakı, 23 iyun, AZƏRTAC

Rayon mərkəzi xəstəxanalarında, o cümlədən də ilkin səhiyyə xidməti strukturlarında təkmilləşdirilmə işləri aparılır. Poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri (ASM) yaradılıb, ailə həkimi modelinin tətbiqinə başlanılıb.

AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, həyata keçirilən işlərin davamı olaraq bölgələrin kənd məntəqələrində rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilməklə tibbi müayinələr təşkil edilir. İlk olaraq Sabirabad, Astara rayon mərkəzi xəstəxanalarının terapevt, pediatr, cərrah və digər həkimləri tərəfindən sözügedən rayonların bir sıra kəndlərindəki həkim məntəqələrində vətəndaşların instrumental müayinələri keçirilib.

Məntəqələrə gələ bilməyən vətəndaşların yaşayış ünvanlarında tibbi müayinəsi aparılıb.

Ümumilikdə, tibbi müayinələrdən 100-dən çox vətəndaş yararlanıb. Bu cür səyyar tibbi müayinələr davam etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.