REGİONLAR


Sabirabadda 14 tondan çox barama istehsal olunub

Sabirabad, 20 iyun, Mahir Babayev, AZƏRTAC

Sabirabadda barama tədarükü müvəffəqiyyətlə davam edir. Rayon kümçüləri bu günə kimi tədarük məntəqəsinə 14 ton 3 kiloqram barama təhvil veriblər.

Rayon kənd təsərrüfat idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm Sabirabadda 15 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə rayonda 168 ailəyə 338 qutu ipəkqurdu toxumu paylanıb. Artıq xeyli vaxtdır ki, baramaçılar bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar. Qısa müddətdə “Şəki ipək” ASC-yə 14 tondan çox barama təhvil verilib ki, bu da nəzərdə tutulan məhsulun 93,4 faizini təşkil edir. Hələ kümxanalarda toplanmamış məhsul çoxdur. Təxmini hesablamalara görə bundan sonra daha 1500 kiloqram barama tədarük etmək mümkün olacaq.

Barama tədarükündə rayonun Nizami, Şıxsalahlı, Şəhriyar və Qaralar kəndlərinin kümçüləri fərqlənirlər. Şıxsalahlı kənd sakini Elşad Nərimanov bu günə kimi 1 qutu ipəkqurdu toxumundan 85 kiloqram barama tədarük edib. Kümçünün sözlərinə görə o, bundan sonra daha 20 kiloqramdan çox məhsul tədarük edəcək.

Qeyd edək ki, ötən il rayonda 56 ailə barama istehsalı ilə məşğul olub və tədarük məntəqəsinə 5 ton 34 kiloqram məhsul təhvil verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.