REGİONLAR


Sabirabadda 18 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Sabirabad, 25 iyun, Mahir Babayev, AZƏRTAC

Sabirabadda 26 mindən çox əhalinin yaşadığı və 18 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur. Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün payız-qış aylarında vətəndaşların gediş-gəlişində problemlər yaranırdı. Bu çətinliyin aradan qaldırılması üçün yol yenidən tikilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq tikilir. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə karbonat materialı töküntülərlə kipləşdirilib. İş icraçısı Dadaş Quliyev bildirib ki, uzunluğu 39 kilometr olan yolun eni 6 metr, yol çiyinlərinin eni hər iki tərəfdə 2 metrdir. Artıq digər işlər görülməklə yolun 21 kilometrlik hissəsinə birinci qat asfalt örtüyü vurulub.

Yolun tikintisi Kürqırağı ərazilərdə yerləşən bu kəndlərin sosial inkişafına müsbət təsir göstərəcək. Yeni yol Sabirabad rayonu ilə Salyan rayonunu da birləşdirəcək, həmçinin Şirvan şəhərinə girişi asanlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.