REGİONLAR


Sabirabadda “20 Yanvar- Zəfərə aparan yol” mövzusunda anım tədbiri keçirilib

Sabirabad, 19 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) rayon nümayəndəliyinin birgə təşkilatçılığı və gənclərin iştirakı ilə Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “20 Yanvar - Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. Qeyd edib ki, 32 il əvvəl törədilən bu vəhşilik Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Xalqımız şəhidlərini heç zaman unutmayacaq, onların xatirəsi hər birimiz üçün əzizdir.

Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Səlmi Mehtiyeva və GİKM-nin Sabirabad nümayəndəliyinin direktoru Rəşad Qurbanov qeyd ediblər ki, 32 il əvvəl 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun dəstələri tərəfindən Bakı şəhərində əliyalın, dinc əhaliyə qarşı vəhşiliklər törədilib, günahsız insanlar qətlə yetirilib. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətinə kəskin etirazını bildirib və bu faciəni törədənlərin cəzalandırılmasını tələb edib.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə həsr edilmiş “Qanlı Yanvar” filmi nümayiş olunub.

Sonra tədbir iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı Mərkəzdə təşkil olunan rəsm sərgisinə baxış keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.