REGİONLAR


Sabirabadda 8 min hektardan çox sahədə yazlıq bitkilər əkilib

Sabirabad, 23 iyun, Mahir Babayev, AZƏRTAC

Sabirabadda cari təsərrüfat ilinin məhsulu üçün yazlıq bitkilərin əkini başa çatıb.

Rayonun statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları 8 min 765 hektar sahəyə toxum səpərək yazlıq əkini yekunlaşdırıblar. Səpin aparılan sahələrin 1374 hektarını kartof, 3 min 437 hektarını tərəvəz, 3 min 954 hektarını bostan bitkiləri təşkil edir. Əkinçilər, həmçinin 10 min 75 hektar sahədə pambıq da əkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.