REGİONLAR


Sabirabadda “N” saylı hərbi hissədə Silahlı Qüvvələr günü bayram şənliyi ilə qeyd olunub

Sabirabad, 26 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Sabirabad rayonunda yerləşən “N” saylı hərbi hissədə bayram konserti keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Hərbi Hissə komandiri mayor Fərəhim Eyvazov, Milli Məclisin deputatı Ramin Məmmədov, Sosialist Əməyi Qəhrəmanı, prezident təqaüdçüsü Fatma Hüseynova, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Silahlı Qüvvələrin yaranması, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğundan və rəşadətli Azərbaycan Ordusunun gücü hesabına 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsindən söhbət açıblar.

Daha sonra “N” saylı Hərbi Hissəyə göstərilən mənəvi dəstəyə görə təşkilatçılar Hərbi Hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub.

Sabirabad rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanmış müxtəlif musiqi nömrələri səsləndirilib, gənc əsgərlər rəqsə dəvət edilib. Sonda Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrı tərəfindən “Bura Azərbaycandır” adlı vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.