REGİONLAR


Sabirabadda “Oxu günü”

Sabirabad, 23 aprel, Mahir Babayev, AZƏRTAC 

Aprelin 23-də Sabirabaddakı Gənclər Mərkəzində “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Oxu günü” keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdan ibarətdir.

Tədbirdə rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Metodist Asif Əyyubovun rəhbərliyi ilə keçirilən tədbirdə rayonun bir çox ümumtəhsil məktəb və liseylərinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edib. Bədii əsərlər əsasında hazırlanmış səhnəcik, tamaşa və musiqili kompozisiyalar rəğbətlə qarşılanıb. Tədbirdə, həmçinin kitab sərgisi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.