REGİONLAR


Sabirabadda “Şəhidlər ölməz, Vətən bölünməz” adlı abidənin açılışı olub VİDEO

Sabirabad, 14 may, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunun Nərimankənd kəndində şəhidlərin xatirəsinə inşa edilən “Şəhidlər ölməz, Vətən bölünməz” adlı abidənin açılışı olub. Toplantıda şəhid ailələri, hərbçilər, rayon icra hakimiyyətinin və kənd ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsi qaziləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan tarixinə şanlı səhifə olaraq yazılan 44 günlük Zəfər yürüşündə qəhrəman oğullar öz adlarını qəlblərə həkk etdilər. Onlar Vətən uğrunda canlarından keçməklə bərabər gələcək nəsillərə şərəfli bir tarixi əmanət etdilər. Belə qəhrəman oğullar arasında sabirabadlı igidlər də yer alırlar. Təkcə Sabirabad rayonu Nərimankənd kəndində Birinci Qarabağ müharibəsində beş nəfər, Vətən müharibəsində isə bir nəfər qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti ilə ərazi bütövlüyümüz təmin edildi. Həmçinin şəhidlərimizin qisası alındı, bir milyona yaxın məcburi köçkünün hicranına son qoyuldu.

Daha sonra yeni açılan Şəhidlər abidəsi ziyarət edilib, önünə gül çələngi və tər çiçəklər düzülüb. Şəhidlərimizin xatirəsi bir daha əziz tutularaq onların ruhuna dualar oxunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.