REGİONLAR
Sabirabadda “Siz torpaq uğrunda ölənlərsiniz!” adlı kompozisiya nümayiş olunub
Sabirabad, 17 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Siz torpaq uğrunda ölənlərsiniz!” adlı kompozisiya nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi anılıb. Daha sonra Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq Teatrının hazırladığı “Siz torpaq uğrunda ölənlərsiniz!” adlı kompozisiya nümayiş olunub. Kompozisiyanın quruluşçu rejissoru Nicat Əliyevdir.
Sonda İdarə rəisi Fərid Qurbanzadə Mədəniyyət Mərkəzinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayaraq, belə tədbirlərin davamlı olmasının zəruriliyini qeyd edib.