Sabirabadda “Təmiz heykəl” adlı layihəyə başlanılıb
AzerTAg.az
Sabirabad, 7 may, Aydın Yavərzadə, AZƏRTAC
Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Heykəlləri qoruyaq” şüarı altında “Təmiz heykəl” adlı layihə Sabirabadda da həyata keçirilir.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə layihə çərçivəsində tədbirlər planı hazırlanıb. Şəhər mərkəzində yerləşən heykəllərin təmiz saxlanması üçün işlərə başlanılıb. Tədbirlər planına əsasən növbəti dəfə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin Sabirabad rayonunun şəhər mərkəzində yerləşən heykəli yuyulub, həmçinin heykəl ətrafında təmizlik işləri yerinə yetirilib. Plana uyğun olaraq işlərin davam etdiriləcəyi bildirilir.



Xəbərin mətnində orfoqrafik səhv var