REGİONLAR


Sabirabadda aqrar sahə üzrə ilk kooperativ layihəsinin təqdimatı keçirilib

Çölbeşdəli kəndində yaradılacaq kooperativ gələcəkdə innovativ təsərrüfat subyektinə çevriləcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Sabirabad rayonunun Çölbeşdəli kəndində kənd təsərrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədova, nazirliyin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov tərəfindən aqrar sahə üzrə yaradılması planlaşdırılan ilk kooperativ layihənin təqdimatı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, kənd icra nümayəndəlikləri, bələdiyyə üzvləri, fermerlər və kənd sakinləri iştirak edib.

Nazirliyin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov təqdimatla çıxış edərək, yaradılması nəzərdə tutulan kooperativ haqqında geniş məlumat verib, kooperativ təsərrüfatın ərazisi, qurulma məqsədi barədə məlumatları kənd sakinlərinin diqqətinə çatdırıb. A.İsmayılov bu layihənin icrasında əsas məqsədin aqrar sahənin inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması, sosial rifah halının yaxşılaşdırılması olduğunu deyib.

Kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək kooperativin əhəmiyyəti və faydaları haqqında məlumat verib. O bildirib ki, Çölbeşdəli kəndində yaradılacaq kooperativin gələcəkdə innovativ təsərrüfat subyektinə çevrilməsi nəzərdə tutulub. Müşavir yaradılacaq kooperativə innovasiyaların tətbiq olunacağını qeyd edib.

Təqdimat zamanı kənd sakinlərinin sualları cavablandırılıb, onlarla geniş müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.