REGİONLAR
Sabirabadda avtomobil kanala aşıb, ölənlər və yaralananlar var
Sabirabad, 9 may, Mahir Babayev, AZƏRTAC
Sabirabadda avtomobil kanala aşıb, bir ailənin 2 üzvü ölüb, 2-si isə yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Koğlar kəndi ərazisində baş verib. Şamaxı rayon sakini Arzu Nuhəliyev “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın kanala aşıb. Hadisə nəticəsində sürücünün atası Sabahəli Nuhəliyev və qardaşı Zamin Nuhəliyev hadisə yerində dünyasını dəyişib. Sürücü və anası Xədicə Nuhəliyeva isə ağır xəsarət alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ölənlərin meyiti FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırılma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]
Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb
- 19.04.2024 [08:56]