CƏMİYYƏT


Sabirabadda birmərtəbəli evdə baş verən yanğın söndürülüb

Bakı, 1 avqust, AZƏRTAC

Sabirabad rayonunun Əliləmbəyli kəndində ümumi sahəsi 144 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, 4 otaqlı evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.