REGİONLAR


Sabirabadda bu mövsüm 3 min tondan çox sarımsaq istehsal olunub

Sabirabad, 23 iyul, Mahir Babayev, AZƏRTAC

Sabirabadda bu mövsüm 8 min 794 hektar sahədə tərəvəz əkilib ki, bunun da 314 hektarını sarımsaq bitkisi təşkil edib. Təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün rayonda fəaliyyət göstərən fermerlər sarımsaq əkininə daha çox maraq göstərirlər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına vaxtında başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə sarımsaq sahələrindən 3 min 80 ton məhsul götürüblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 ton çoxdur. Əkin sahələrinin hər hektarının məhsuldarlığı 98,1 sentner olub.

Surra kənd sakini Əli Rəhimov uzun illərdir bu bitkinin əkini ilə məşğul olur və hər il də yaxşı gəlir götürür. Məhsul istehsalçısı bu il becərdiyi sarımsaq sahəsinin hər hektarından 99 sentner məhsul götürərək, 20 tona yaxın sarımsaq istehsal edib. Torpaq sahibinin dediyinə görə, istehsal etdiyi məhsulu ötən illərdə olduğu kimi, bu il də yerli bazarlara çıxaracaq.

Təsərrüfat rəhbəri növbəti ildə əkin sahəsini genişləndirmək fikrindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.