CƏMİYYƏT
Sabirabadda evdən külli miqdarda pul oğurlanıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Sabirabad rayonu Zalqarağac kənd sakini olan bir qadın Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək ona məxsus fərdi evdən pulunun oğurlandığı barədə məlumat verib.
DİN-in mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini İsmayıl Azayev Sabirabad Rayon Polis Şöbəsi Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Dindirilmə zamanı İ.Azayev evdən 2200 manat pulu oğurladığını etiraf edib və həmin pullar ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]