CƏMİYYƏT


Sabirabadda gənclərlə görüş keçirilib

Bakı, 11 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Sabirabad rayonunda Partiyanın fəal gəncləri ilə görüşüb.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Bəxtiyar İslamov Yeni Azərbaycan Partiyasının VII Qurultayında Partiyamızın sədri, Prezident İlham Əliyev tərəfindən gənc nəslin tərbiyəsi istiqamətində vurğulanan hədəflərdən danışaraq bildirib ki, YAP Gənclər Birliyinin qarşısında dayanan əsas vəzifələrdən biri də gənclərin ölkəmizin tərəqqisində, müstəqilliyimizin möhkəmləndirilməsində fəallığını artırmaqdır. Bu baxımdan gənclərin yüksək dünya görüşünə yiyələnməsi üçün səmərəli təhsil alması çox vacibdir. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunması yeni reallıqlar yaradıb. Həmin reallıqlar fonunda artıq gənclərimizin əsas məsuliyyəti savadlı vətəndaş olaraq ölkəmizin dayanıqlı inkişafına töhfə verməkdir.

B.İslamov qeyd edib ki, YAP Gənclər Birliyi tərəfindən gənclərimizin intellektual potensialını inkişaf etdirmək üçün silsilə tədbirlər keçirilir. Partiyamızın fəal gənclərinin üzərinə düşən əsas vəzifə isə yerlərdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini təşviq etmək, onların inkişafına hədəflənmiş layihələrin icrasına dair təşəbbüslə çıxış etməkdir.

Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.