REGİONLAR


Sabirabadda heyvandarlıq məhsulları istehsalı artır

Sabirabad, 19 iyul, Mahir Babayev, AZƏRTAC

Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçulçuq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 121 min 884 baş mal-qara və 230 min 244 baş qoyun-keçi bəslənilir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən ümumilikdə 4 min 871 baş çoxdur. Bu ilin altı ayında rayonda 9 min 120 ton ət (diri çəkidə), 59 min 29 ton süd, 37 milyon 645 min ədəd yumurta və 589 ton yun istehsal olunub.

Buda ötən ilin birinci yarısında istehsal olunan ətdən 368 ton, süddən 2 min 426, yumurtadan 4 milyon 777 min ədəd, yundan isə 24 ton çoxdur.

Bu il, həmçinin rayonda 14 ton 530 kiloqram barama da tədarük olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.