CƏMİYYƏT


Sabirabadda iki nəfərin ölümünə səbəb olan sürücü tutulub

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 7-də Sabirabad şəhərində iki piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saat 13 radələrində şəhərin Muğan prospektində yolu keçən piyadalar Banı Əliyeva və qızı Hədiyyə sürücü Kamran Nəsirlinin idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə vurulub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.

İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizalar təyin edilib.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub. Ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan olunaraq, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.