REGİONLAR
Sabirabadda ilin ötən ayları ərzində süni mayalanma yolu ilə 5457 buzov alınıb
Sabirabad, 4 dekabr, Mahir Babayev, AZƏRTAC
Əsasən kənd təsərrüfatı rayonu olan Sabirabadda heyvandarlıq aqrar sektorun mühüm sahələrindən biridir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə mühüm tədbirlə həyata keçirilir ki, bu da məhsul istehsalı və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayondan mal-qaranın cins tərkibinin yaxşılaşdırlması istiqmaətində də mühüm işlər görülür. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətində düyələr alar gətirilir, süni mayalanmaya xüsusi diqqət yetirilir. Süni mayalanma yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi və digər tədbirlərin həyata keçirilməsi təsərrüfat sahiblərində hevandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 14 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il və bu ilin yanvar ayı ərzində bu məntəqələrinin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 10 min 679 baş ana inək və düyədən 5 min 457 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara 545 min 700 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda Sabirabadın heyvandarlıq təsərrüfatlarında 120 min baş ana inək və düyə saxlanılır ki, onların da 85-90 faizi cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.