REGİONLAR


Sabirabadda indiyədək 14 tondan çox barama istehsalı olunub

Sabirabad, 27 iyun, Mahir Babayev, AZƏRTAC

Sabirabadda aqrar bölmənin digər sahələri ilə yanaşı ənənəvi və srateji sahə olan baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. Son illər dövlətin bu sahənin inkişafı üçün göstədiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya rayonda ipəkçiliyə olan marağı xeyli artırıb. Əgər, ötən il rayon üzrə 338 ailə barama istehsalı ilə məşğul olubsa, bu mövsüm onların sayı 500-ə çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 14 ton 200 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 20 ton məhsul istehsal etmək nəzərdə tutulub. Bunun üçün 500 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.

Xeyli vaxtdır ki, rayon kümçüləri bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. İndiyədək tədarük məntəqəsinə 14 ton 34 kiloqram barama təhvil edilib ki, bu da istehsal nəzərdə tutulan baramanın 77,17 faizini təşkil edir.

Rayonun Nizami kənd sakini Teymur Bəhramov üçüncü ildir ki, ipəkqurdu bəsləyir və hər il də yaxşı nəticə əldə edir. “Ötən il ailə üzvlərimlə birlikdə 8 qutu ipəkqurdu bəsləyərək 410 kiloqram barama tədarük etdik. İstehsal etdiyimiz məhsuldan 3690 manat gəlir götürdük. Bu il də 8 qutu ipəkqurdu toxumu götürüb bəsləmişik və 461 kiloqram məhsul tədarük etmişik. Hesablamama görə qazancımız ötən ildəkindən 459 manat çox olacaq” - deyə kümçü bildirib.

Qeyd edək ki, son üç ildə rayonda baramaçılığın inkişafı məqsədilə 82 min ədəd tut tingi əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.