REGİONLAR


Sabirabadda istixanalardakı məhsuldarlıq ötənilkindən çox olacaq

Sabirabad, 10 aprel, Mahir Babayev, AZƏRTAC

Son illər Sabirabadda istixana şəraitində yetişdirilən tərəvəz əkininə maraq artıb. Məhsul istehsalçıları bu sahədə əldə etdikləri qazanc hesabına rayonda istixanaların şəbəkəsini ilbəil genişləndirirlər.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Sabirabadda 15,5 hektar sahədə 177 istixana kompleksi mövcuddur. Hər il bu istixanalarda 100 tonlarla tərəvəz yetişdirilərək xarici və daxili bazarlara göndərilir. Bu il də istixanalarda tərəvəz boldur. Xeyli vaxtdır ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrində mövcud istixanalarda tərəvəz yığımına başlanılıb və indiyədək 2 min 531,8 ton xiyar-pomidor yığılaraq daxili bazarlara göndərilib. Toplanan məhsulun 10 tonunu xiyar, 2 min 431,8 tonunu isə pomidor təşkil edib. Məhsulun qiyməti də təsərrüfat sahiblərinin ürəyincədir.

Tədarük olunan tərəvəzin demək olar ki, yarıdan çoxu rayonun Qruzma, Suqovuşan və Qaratəpə kəndlərindəki istixanalarından toplanılıb. Hələ istixanalarda məhsul çoxdur. Təxmini hesablamalara görə, tərəvəz bu il ötən ilkindən də çox olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.