REGİONLAR


Sabirabadda kənd məktəbinin binasında aparılan əsaslı təmir işləri yekunlaşıb

Sabirabad, 10 yanvar, Mahir Babayev, AZƏRTAC

Sabirabadın Qaratəpə kənd tam orta məktəbinin binasında aparılan əsaslı təmir işləri başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1981-ci ildə istifadəyə verilən 1176 şagird yerlik məktəb binasında 35 il ərzində təmir işləri aparılmayıb. Bu da məktəbdə təhsilin yüksək səviyyədə təşkilində müəyyən çətinliklər yaradır, təhsil islahatı ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik nəzərə alınaraq ötən ilin sonlarında məktəb binasında təmir işlərinə başlanılıb.

Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri, dam örtüyü, qapı və pəncərələri yenilənib, isitmə və havalandırma sistemi qurulub, sinif otaqları, fənn kabinələri, idman və akt zalları, dəhliz və digər yardımçı otaqlar demək olar ki, yenidən tikilib. Məktəb binası yaxın günlərdə müəllim və şagirdlərin istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.