CƏMİYYƏT


Sabirabadda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulublar

Bakı, 27 yanvar, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayonunun Qaratəpə kənd sakini N.Kərimov rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 70 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsindən 360 qram marixuana, habelə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 1 ədəd pnevmatik tüfəng aşkarlanıb. Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Moranlı kənd sakini X.Hüseynli də polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.