REGİONLAR


Sabirabadda ötən il 1816 ton tərəvəz yığılıb

Sabirabad, 25 yanvar, Mahir Babayev, AZƏRTAC

Son illər Sabirabadda istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan torpaq mülkiyyətçiləri hər il daxili və xarici bazarlara istixanalarda yetişdirilən min tonlarla məhsul çıxararaq yüksək mənfəət əldə edirlər. Onlar bu sahədən əldə etdikləri gəlirlər hesabına istixanaların şəbəkəsini də ilbəil genişləndirirlər. Hazırda rayonun Nizami kəndində ərazisi 5 hektar olan yeni istixana kompleksi tikilir və yaxın vaxtlarda bu istixanada da məhsul yetişdirilməsinə başlanacaq.

Rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yola saldığımız 2020-ci ildə rayonda ümumi sahəsi 15 hektar olan 27 istixana kompleksindən 1896 ton xiyar-pomidor və digər tərəvəz məhsulları istehsal olunaraq bazarlara çıxarılıb.

Qeyd edək ki, Sabirabadda təsərrüfatın bu sahəsi ilə ən çox rayonun Bulaqlı, Suqovuşan, Quruzma və Nizamikənd kəndlərində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.