REGİONLAR


Sabirabadda pambıq tarlasına ziyanvericilərə qarşı Brakon tüfeylisi buraxılıb VİDEO

Sabirabad, 12 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstutunun birgə təşkilatçılığı ilə "Pambıq sahələrində pambıq ziyanvericilərinə qarşı mübarizə tədbirləri" mövzusunda təlimlər davam etdirilir. Növbəti belə görüş Sabirabad rayonunda gerçəkləşib. Fermerlər mütəxəsislər və alimlər birlikdə tarlada olub, pambığın mövcud vəziyyətinə baxış keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti təlim xarakteli görüş Sabirabad rayonu Zəngənə kəndi ərazisində fermer Əfras Əsgərova məxsus pambıq tarlasında keçirilib. Görüşdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstutunun, Aqrar Xidmətlər Agentliyinin nümayəndələri, alimlər, mütəxəssislər fermerlər iştirak ediblər. Əvvəlcə pambıq ziyanvercirilərinə qarşı kimyəvi mübarizə tədbirləri aparılan tarlaya baxış keçirilib. Pambıqçılığn inkişafı, aqrotexniki qulluq, həmçinin pambığın becərilməsi və ziyanvericilərə qarşı vaxtında tətbiq ediləcək bioloji və kimyəvi mübarizə tədbirləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin kimyəvi mübarizə tədbirləri zamanı əməl olunmalı təhlükəsizlik qaydaları barədə bir daha fermerlərə ətraflı məlumat verilib.

Bildirilib ki, pambıq bitkisi üzərində 200 növ müxtəlif ziyanlı organism - həşarat, gənə və xəstəlik törədən mikroorqanizmilər yaşayır və bunlar mütamadi olaraq çoxalma qabiliyyətinə malikdir. Pambıq aqrosenozunda onun zərərvericilərini məhv edən 50-dən çox yırtıcı və parazitlərə rast gəlinir. Bundan başqa pambıq sofkası, hörümçək gənəciyi, türün tripisi və mənənələr Azərbaycanda pambıq bitkisinin əsas zərərvericiləridir. Pambıq bitkisi vegetatsiya dövründən cücərti fazasında tam yetişməyə qədər müxtəlif orqanizmilər tərəfindən zədələnir. Bütün bu xəstəlik və zərərvericilərin qaşısını almaq məqsədilə bioloji və kimyəvi mübarizə üsulundan qabaqlayıcı tədbirlər məqsədilə istifadə olunması mütləqdir.

Təlim zamanı pambıq tarlalarında bioloji mübarizə üsulu əyani şəkildə tətbiq olunub. Brakon tüfeylisi canlı şəkildə sahələrə buraxılıb və onun tarlada ziyanvericilərə qarşı mübarizə üsulu izlənilib. Eyni zamanda, bioloji üsulun faydaları, daha səmərəli və ekoloji cəhətdən təmiz və təhlükəsiz olması barədə fermerlər məlumatlandrılıb.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.