REGİONLAR


Sabirabadda qanvermə aksiyası

Sabirabad, 29 noyabr, Mahir Babayev, AZƏRTAC

Sabirabadda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən aksiyada rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri, şəhər sakinləri və gənclər fəallıq nümayiş etdiriblər.

Rayon mərkəzi xəstəxanasında tibb işçiləri könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürülüb. Humanitar aksiya çərçivəsində 220 nəfər könüllü donorun hər birindən 400 qram qan götürülüb. Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanıldıqdan sonra irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.