REGİONLAR


Sabirabadda sahələrdən 49 min 720 ton tərəvəz yığılıb

Sabirabad, 20 sentyabr, Mahir Babayev, AZƏRTAC

Cari ilin yazında Sabirabad fermerləri 3 min 302 hektar sahədə tərəvəz əkiblər. Bu il təsərrüfat işləri üçün əlverişli keçdiyindən sahələrdə bol məhsul yetişib.

AZƏRTAC xəbər verir ki, indiyədək 3 min 250 hektar sahədən 49 min 720 ton məhsul götürülüb. Torpaq mülkiyyətçiləri ən yüksək nəticəni kartof sahələrindən əldə ediblər. Onlar əkdikləri 1338 hektar sahədən 18 min 758 ton məhsul götürərək, hər hektarın məhsuldarlığını 140 sentnerə çatdırıblar.

Hazırda tərəvəz sahələrindən məhsul yığımı uğurla davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.