REGİONLAR


Sabirabadda sənaye işçilərinin əməkhaqqında artım qeydə alınıb

Sabirabad, 16 may, Aydın Yavərzadə, AZƏRTAC

2022-ci ilin I rübündə Sabirabad rayonu sənaye müəssisələri, fiziki şəxslər, həmçinin ev təsərrüfatları da nəzərə alınmaqla 11 milyon 806,4 min manatlıq məhsul istehsal edilib. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun payı 33,7 faiz, qeyri-dövlət sektorunun payı isə 66,3 faiz olub.

Sabirabad rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sənaye istehsalının və xidmətlərin 68,4 faizi emal sənayesinin, 30,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sahəsinin, 1,2 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşüb.

2022-ci ilin I rübündə rayonun sənaye müəssisələrində işləyən işçilərin orta siyahı sayı 692 nəfər, hesablanmış əmək haqqı fondu isə 1004806,5 manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta sayı 28 nəfər, hesablanmış əmək haqqı fondu 132204,8 manat çox olub. 2022-ci lin I rübündə rayonun sənaye müəssisələrində işləyən işçilərin orta aylıq əməkhaqqı 507,2 manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 75,4 manat çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.