REGİONLAR


Sabirabadda taxıl zəmilərindən 100 min tondan çox məhsul yığılıb

Sabirabad, 27 iyun, Mahir Babayev, AZƏRTAC

Sabirabadın fərdi fermer təsərrüfatlarında taxıl yığımı başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 25 min 136 hektar sahədə taxıl əkilib ki, bunun da 9 min 600 hektarını arpa, 15 min 536 hektarını isə buğda sahəsi təşkil edib. Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 100 min 100 ton məhsul toplayaraq biçini başa çatdırıblar. Yığılmış məhsulun 63 min 912 tonu buğda, 36 min 196 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan 39 sentner məhsul götürülüb ki, bu da ötən ildəkindən 1 sentner çoxdur. Ayrı-ayrı fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub.

Qeyd edək ki, ötən il sabirabadlı taxılçılar 24 min 645 hektar sahədə taxıl becərib və 97 min 93 ton məhsul yığıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.