REGİONLAR


Sabirabadda tədarük olunan pomidor-xiyar ötən illə müqayisə 3 min 920 ton çoxdur

Sabirabad, 3 oktyabr, Mahir Babayev, AZƏRTAC 

Sabirabadda bu mövsüm 3 min 437 hektar sahədə tərəvəz yetişdirilib ki, bunun da 1712 hektarını pomidor-xiyar təşkil edib. Məhsul istehsalçıları əkin sahəsindən indiyədək 31 min 231.9 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 182.4 sentner olub.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm sabirabadlı əkinçilər 1712 hektar sahədə pomidor-xiyar bitkisi becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri indiyədək 879 hektar pomidor sahəsindən 18 min 80.6 ton, 830 hektar xiyar sahəsindən isə 13 min151.1 ton məhsul toplayıblar. Pomidor sahəsinin hər hektarının məhsuldarlığı 205.7 sentner, xiyar sahəsininki isə 157.9 sentner olub. Yığılan pomidor-xiyarın 1255 tonu istixana komplekslərindən toplanılıb.

Rayonda məhsul yığımı davam edir.

Qeyd edək ki, sabirabadlı əkinçilərin ilin ötən səkkiz ayı ərzində istehsal etdikləri pomidor-xiyar ötən ilin eyni dövrü ilə müqayisədə 3 min 920 ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.