CƏMİYYƏT
Sabirabadda tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib
Bakı, 11 avqust, AZƏRTAC
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları ölkədə elan olunan xüsusi karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları qapalı məkanlarda karantin rejimi qaydalarının tələblərinə riayət etməyənlərə qarşı reyd keçiriblər. Reydlər zamanı maska və əlcəkdən istifadə etməyən satıcılar və müştərilərlə maarifləndirici söhbətlər aparılıb. Onlara koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükələr barədə məlumat verilib, karantin qaydalarına riayət edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, karantin qaydalarının tələblərinə məhəl qoymayaraq qaydaları pozmağa davam edən 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]