REGİONLAR
Sabirabadda yarım ildə 57 min tondan çox tərəvəz yığılıb
Sabirabad, 20 iyul, Mahir Babayev, AZƏRTAC
Sabirabadda tərəvəz yığımının qızğın çağıdır. Məhsul istehsalçıları tərəvəz sahələrindən bu günədək 57 min tondan çox məhsul tədarük ediblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin yazında sabirabadlı əkinçilər 8 min 794 hektar sahədə tərəvəz əkiblər, bu da ötən ildəkindən 739 hektar çoxdur. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində əkin sahələrində bol məhsul yetişib. Yığıma vaxtında başlayan fermerlər bu günədək 3 min 716 hektar tərəvəz sahəsindən 57 min 473,5 ton məhsul yığıblar. Ötən il bu rəqəm 50 min 879 ton olub.
Tədarük olunan məhsulun 673 tonu kələm, 922 tonu bibər, 5 min 640 tonu xiyar, 6 min 760 tonu pomidor, 2 min 116 tonu badımcan, 11 min tonu kartof, 4 min 905 tonu soğan, 3 min 80 tonu isə sarımsaqdır. Əkinçilər, həmçinin 13 min 590 ton bostan məhsulları da tədarük ediblər.
Rayonda tərəvəz yığımı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]