CƏMİYYƏT
Sabirabadda yol-nəqliyyat hadisəsi törədib qaçan sürücü tutulub
Bakı, 6 may, AZƏRTAC
Mayın 3-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kənd sakini Vaqif Əkbərovun sürdüyü at arabası müəyyən edilməmiş avtomobillə vurulub. V.Əkbərov xəsarətlə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyənləşdirilib.
Xəsarətlə nəticələnmiş yol qəzası törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, Mürsəlli kənd sakini Rəvan Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]