REGİONLAR
Sabirabadın Muradbəyli kəndinə ilk dəfə təbii qaz verilib
Bakı, 23 avqust, AZƏRTAC
Avqustun 23-də Sabirabad rayonunun Muradbəyli kəndinə ilk dəfə təbii qaz verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 139 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16 min 856 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Sabirabad rayonunun Türkədi, Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]