REGİONLAR


Sabirabadın bostan sahələrində bol məhsul var

Sabirabad, 30 iyul, Mahir Babayev, AZƏRTAC

Sabirabadda bostan məhsulları (qarpız, yemiş) yığımının qızğın çağıdır. Məhsul istehsalçıları əkdikləri bostan sahələrindən bu mövsümdə indiyədək 13 min 494 ton məhsul toplayıblar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, sabirabadlı əkinçilər bu mövsüm 3 min 950 hektar sahədə bostan bitkiləri əkiblər. Bunun da 3 min 300 hektarını qarpız, 650 hektarını isə yemiş sahəsi təşkil edir. Torpaq mülkiyyətçiləri əkdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiklərindən plantasiyalarda gözlənildiyindən də çox məhsul yetişib. Xeyli vaxtdır ki, fermerlər becərdikləri sahələrin məhsulunu toplayırlar. İndiyədək bostançılar 550 hektar əkin sahəsindən 8 min 425 ton qarpız, 5 min 65 ton isə yemiş tədarük ediblər. Qarpız sahələrinin hər hektarının məhsuldarlığı 263,3, yemiş sahələrininki isə 220,4 ton olub.

Fermerlər yetişdirdikləri məhsulun yığımını itkiyə yol vermədən başa çatdırmaq üçün var qüvvə ilə çalışırlar. Tədarük olunan məhsul əsasən Bakı, Sumqayıt və digər iri şəhərlərin bazarlarına göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.