REGİONLAR


Sabirabadın heyvandarlıq təsərrüfatlarında 352 min 950 baş heyvan saxlanılır

Sabirabad, 22 noyabr, Mahir Babayev, AZƏRTAC

Sabirabadda aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni təsərrüfatlar yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Sabirabadın təsərrüfatlarında 122 min 100 baş iribuynuzlu mal-qara və 230 min 853 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə 5 min 25 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da təkan verib.

Cari ilin ötən ayları ərzində rayonda 13 min 577 ton ət (diri çəkidə), 89 min 137 ton süd, 589 ton yun və 56 milyon 508 min ədəd yumurta istehsal edilib ki, bu da ötən ildəkindən xeyli çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.