REGİONLAR
Sabirabadın iki kəndində at arabası ilə avtomobil toqquşub
Sabirabad, 13 iyun, Mahir Babayev, AZƏRTAC
Sabirabadın iki kəndində at arabası ilə avtomobil toqquşub, 5 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Nəriman və Beşdəli kəndlərində qeydə alınıb.
Sabairabadın Qaratəpə kənd sakini Çingiz Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil at arabası ilə toqquşub. Nəticədə sürücü və arabada olan Qaratəpə kənd sakinləri Elman Gözəlov və Sahil Kərimov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Digər analoji qəza isə rayonun Beşdəli kəndində baş verib. “Qazel” markalı yük avtomobilinin at arabası ilə toqquşması nəticəsində arabada olan Beşdəli kənd sakinləri Ruhin Lətifov və Aslan Əliyev xəsarət alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.