REGİONLAR


Sabirabadlı bağbanlar 311 tonadək meyvə tədarük ediblər

Sabirabad, 24 iyun, Mahir Babayev, AZƏRTAC

Sabirabadda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan sabirabadlı bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərib, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəzlənib. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, artıq sabirabadlı bağbanlar yetişdirdikləri məhsulun yığımına başlayıblar. İlin ötən beş ayı ərzində təsərrüfatçılar meyvə bağlarından 311,4 ton meyvə tədarük ediblər. Tədarük olunan meyvənin 150,1 tonu albalı, 128,9 tonu alça, 32,4 tonu isə gilasdır. Həmçinin sahələrdən 1310,6 ton giləmeyvə də toplanılıb.

Meyvə yığımı davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.